"Azərbaycan elminin inkişafı, yüksəlməsi və möhkəm təməl üzərində qurulması üçün 5 il ərzində olduğundan da çox çalışacam". SİA-nın xəbərinə görə, bunu AMEA-ya növbəti dəfə prezident seçilən Akif Əlizadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dayanıqlı Avropa media layihələrində Azərbaycan alimləri iştirak etməlidir: "Bu layihələrdə alimlərin iştirakı dünya fundamental elminin ön sıralarında iştirakına zəmin yaradır. Güman edirəm ki, XXI əsr fizikçilərin, riyaziyyatçıların əsrdir. Onlarsız elm inkişaf edə bilməz. XXI əsr həm də biologiya elminin inkişafının əsridir. AMEA-da da biologiya istiqaməti ilə bağlı olan sahələr öz inkişafını tapmalıdır".
Akademik innovativ texnologiyaların daha da inkişaf etdirməyin vacibliyini vurğulayıb.
A.Əlizadə qeyd edib ki, Akademiyanın universitetin yaradılması da qarşıda duran prioritetlərdəndir: "Sosial baxımdan da tədbirlərimiz var. Bu sahədə işlər başlanğıc ərəfəsindədir. Məqsədlərimiz iqtisadi islahatlar və multidissiplinar elmləri inkişaf etdirməkdir. XXI əsrin özünün çağırışları var o çağırışlara cavab almaq lazımdır, bunun üçün isə gənc kadrlar hazırlamaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB