Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən ümumi yığıncağında qurumun yeni vitse-prezidentləri, Rəyasət Heyətinin yeni üzvləri seçilib. SİA-nın məlumatına görə, AMEA-nın vitse-prezidentləri vəzifələrinə akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva, İradə Hüseynova seçiliblər.
AMEA-nın müxbir üzvü Bilal Bilalov isə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən seçilib.
Qeyd edək ki, İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev bu seçkiyə qədər də həmin vəzifələri icra edirdilər. Nərgiz Paşayeva və İradə Hüseynova da yeni vitse-prezidentlər seçiliblər. N.Paşayeva akademiyada təhsil, İ.Hüseynova isə biologiya məsələrinə baxacaq.
Vitse-prezidentlər bu vəzifəyə 5 il müddətinə seçilirlər. N.Paşayeva və İ.Hüseynova həm də Rəyasət Heyətinin üzvləri seçiliblər.
Qeyd edək ki, səsvermədə 66 nəfər iştirak edib. Bütün namizədlərə 66 lehinə səs verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB