ETSN plastik tullantılar üçün konteynerlər sifariş verib

ETSN plastik tullantılar üçün konteynerlər sifariş verib

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik tullantıların yığılması üçün konteynerlər sifariş verib". SİA-nın verdiyi məlumata görə, bunu mətbuat konfransında ETSN-in ­Ekoloji maarifləndirm­ə və ictimaiyyətlə əl­aqələr şöbəsinin İcti­mai təşkilatlarla iş,­ ekoloji maarifləndir­mə və elm sektorunun ­müdiri Umayra Tağıyev­a deyib.

Onun sözlərinə görə, artıq Bakı, Sumqayıt, Gəncə şəhər icra hakimiyyətlərinə xüsusi konteynerlərin yerləşdirilməsi üçün məktublar göndərilib: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik tullantıların idarə olunması və maarifləndirmə işlərinə başlayıb. Plastik qabların zərərinin qarşısını almaq üçün vətəndaşların özləri də səy göstərməlidir. Məsələn, mağazalardan alış-veriş edərkən karton və şüşə qablaşdırmada olan məhsullar alaraq plastik tullantıların zərərindən özümüzü qoruya bilərik. Bununla bağlı müəyyən problemlər isə dövlət tərəfindən öz həllini tapmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə