İyunun 6-da Gürcüstan ərazisində daha iki dəfə zəlzələ baş verib. Gürcüstanın Milli Seysmoloji Xidmətinə istinadən xəbər verir ki, sat 17:07-də Gürcüstanın Ermənistanla sərhədində zəlzələ qeydə alınıb. Yeraltı təkanların gücü 4,3 bal gücündə olub.
Məlumata görə, səhər saatlarında da həmin ərazilərdə 3,9 bal gücündə zəlzələ qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB