Yeni inşa edilmiş dəmir yolu stansiyası “Abşeron” adlandırılacaq SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasının ləğv edilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə deyilir:
Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasına bitişik hissədə beynəlxalq standartlara cavab verən, geniş əraziyə və müasir infrastruktura malik, yeni informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş dəmir yolu stansiyası inşa edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən qərara alıram:
1. Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyası ləğv edilsin. Yeni inşa edilmiş dəmir yolu stansiyası “Abşeron” adlandırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB