AMEA-nın Folklor İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib. AMEA-dan SİA-ya verilən məlumata görə, Azsaylı xalqların folkloru şöbəsinə aparıcı elmi işçi vəzifəsi üzrə 1 yer, böyük elmi işçi vəzifəsi üzrə 2 yer, Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinə aparıcı elmi işçi vəzifəsi üzrə 1 yer, Folklor və yazılı ədəbiyyat şöbəsinə aparıcı elmi işçi vəzifəsi üzrə 3 yer, böyük elmi işçi vəzifəsi üzrə 2 yer, Mərasim folkloru şöbəsinə aparıcı elmi işçi vəzifəsi üzrə 2 yer, Müasir folklor şöbəsinə böyük elmi işçi vəzifəsi üzrə 1 yer, Mifologiya şöbəsinə böyük elmi işçi vəzifəsi üzrə 2 yer, Türk xalqları folkloru şöbəsinə aparıcı elmi işçi vəzifəsi üzrə 3 yer, Təhsil şöbəsinə böyük elmi işçi vəzifəsi üzrə 1 yer, Xarici əlaqələr bölməsinə böyük elmi işçi vəzifəsi üzrə 1 yer, Klassik folklor şöbəsinə aparıcı elmi işçi vəzifəsi üzrə 2 yer, musiqi folkloru şöbəsinə böyük elmi işçi vəzifəsi üzrə 2 yer vakantdır.
Müsabiqədə uyğun ixtisas üzrə elmlər və fəlsəfə doktorları iştirak edə bilər. Sənədlər (direktorun adına ərizə, əmək kitabçasının surəti, diplomların surəti, elmi əsərlərin siyahısı, tərcümeyi-hal, kadrların şəxsi uçot vərəqi, 3x4 ölçüdə 2 şəkil) iyun ayının sonunadək Təşkilat Komitəsinə təqdim edilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə