Plastik və polietilen torbalardan istifadə dayandırılmalıdır TƏKLİF
“Paytaxtdakı bəzi kafelərdə çay və kofe vətəndaşlara plastik stəkanda verilir. Bəllidir ki, bu da orqanizmə mənfi təsir göstərir. Şüşə, kağız və karton qablaşdırmaya qayıtmaq lazımdır. Plastik və polietilen torbalardan istifadə dayandırılmalı, plastik qablardan imtina edilməlidir. Bu daha sağlam üsuldur və təbiətə də zərər vurmur. Siz necə düçünürsüz?”. SİA-nın verdiyi məlumata görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova facebook səhifəsində təkliflə çıxış edib.
Maraqlı, həm də insanların sağlamlığı naminə irəli sürülən bu təklifə müxtəlif peşə sahiblərindən cavab gəlib. Hər kəsin diqqətini cəlb edəcəyini nəzərə alıb həmin fikirləri dərc edirik.
Azər Qarayev: “Bu çox asan bir məsələdir. Sadəcə heç bir dükanda havayı poletilen paket verilməməlidir və plastik materiallardan istifadə dayandırılmalıdır ticarət sektorunda. Yerli kağız materialları ilə məşğul olan biznesə də sərfəli olar. İrade, lazımdır, vəssalam.
Cavid Qara: “Bunun üçün EcoBaku komandası böyük işlər görür. Daimi istifadə üçün nəzərdə tutulan torbalar hazırlayırlar. Plastiklə mübarizənin yeganə effektiv yolu dövlət proqramlarıdır. Avropa ölkələrinin əksəriyyətində dükanlarda plastik torbanın hər biri üçün 5-10cent ödəməli olursan. Normal bir bazarlıq edəndə bir neçə euro edir. İnsanlardan pul çıxmasa xeyri yoxdur. Və plastik qutuların geridönüşümü üçün alış terminalları quraşdırılmalı və plastiklər təkrar emala getməlidir. Bu işlər isə ancaq dövlət proqramları yolu ilə görülə bilər”.
Samir İsmayıl: “Dünyanın 50 ölkəsi plastik tullantıların azaldılması üzrə müxtəlif addımlar atır. BMT-nin indiyə kimi yaydığı ən böyük hesabatda belə deyilir. Bəzi şəhər və ölkələrdə plastik qablardan istifadəyə ümumiyyətlə, qadağa qoyulub. Hesabatda o da deyilir ki, indiyə kimi görülən işlər çox azdır.
Plastik tullantılar idarə olunmasa (təkrar emala göndərilməsə), çaylar və dənizlər təbii yolla həll olunmayan zibillə dolacaq. Plastik tullantılar bu gün kanalizasiyayaları tutmaqla, yağşılar zamanı daşqınlar yaradır. Heyvan ölümünə səbəb olur. Bu günlərdə Tailand sularında ölən balinanın qarnından 8 kilo (80 ədəd plastik paket) çıxıb.
Azərbaycanda plastik qablar istifadə olunur və marketlərdə pulsuz verilir. Vergiyə cəlb olunmur. Plastik tullantılar yığılmır. Bir sözlə bu problemi biz hələ görmürük.
Xatırlayırsınızsa, sovetlər dönəmində plastik paket də defisit idi və yalnız tanışlıqla, gizlin satılırdı. Onu hər dəfə yenidən istifadə etmək üçün hətta yüyüb, paltar ipində qurudurdular. Amma indi öz paketi ilə marketə gələnlərə şübhəsiz ki, heç yaxşı baxmazlar”.
Tagıyeva Yeganə: “Plastiklər həyatımızın içində olduğu üşündur ki, son illərin onkoloji xəstəlikləri cavanlaşıb, təəssüf ki. Hələ mən səhərdən-axşama tv-lərdə reklam olunan, gənc oğlan və qızların əlində həyatın bir vazkeçilməz aksesuarı olan enerji içkilərini demirəm, tərkibi əsas etibarilə kofein taurin teobromin olan bu ickiler sabahın ailələrini uşaqsız edir”.
Gültəkin Ələsgər: “Super təklifdir. Çoxdan etmək lazımdır. Hətta sellofan torbalar birdəfəlik yığışdırılmalıdır. Parça torbalara keçmək lazımdir. Bu sahədə sizin Nazirliyin (ETSN) üstünə böyük yük düşür. Bununla bağlı dayanmadan təkliflər verməlidir”.
Dəyərli oxucular, ictimai müzakirəyə çıxarılan bu xeyirxah təkliflə bağlı sizin də düşüncələriniz yox deyil. İnanırıq ki, dünyanın inkişaf etmiş ölkələrində, vətəndaşının sabahını düşünən dövlətlərdə artıq uzun müddətdir tətbiq edilən yeni texnologiyaların Azərbaycanda da bərqərar olmasını siz də istəyirsiniz. Elə isə yetər ki, bu təşəbbüsə qoşulasınız.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB