04 iyun 2018-ci il tarixdə internet səhifələrində və sosial şəbəkələrdə vətəndaş Emin Aslanovun həmin gün günorta saatlarında Dənizkənarı Milli Parkda mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılması və polis orqanları tərəfindən saxlanılması haqqında məlumatlar yayılmışdır.
Eyni zamanda Ombudsmanın qaynar xəttinə E.Aslanovun yaxınları və KİV-lər tərəfindən eyni məzmunlu müraciətlər daxil olmuş və köməklik göstərilməsi xahiş edilib.
Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, məsələ ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə həmin şəxsin yerinin müəyyən edilməsi və hüquqlarının təmin olunması ilə bağlı müraciət edilib.
Araşdırma nəticəsində məlum olub ki, E.Aslanov inzibati qaydada həbs olunub. Onun hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlama məntəqəsində saxlanıldığı müəyyən olunub.
Məsələ ilə bağlı araşdırma davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB