Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İyunun 4-də saat 21:40 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib. Qusar Rayon Prokurorluğunun SİA-ya daxil olan məlumatında bildirilir ki, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, lakin cavab tədbiri olaraq xidməti silahdan istifadə edilərək zərərsizləşdirilib.

Cəsədin üzərinə baxış keçirilən zaman bir “Makarov” tipli tapança aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə