Prezident İlham Əliyev Naftalana səfər edib

Prezident İlham Əliyev Naftalana səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Naftalan şəhərinə səfərə gəlib.

Əvvəlcə dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin Naftalan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə