Bəzi kəndlərin adları dəyişdiriləcək

Bəzi kəndlərin adları dəyişdiriləcək

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Azərbaycanın Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi ilə bağlı layihə müzakirəyə çıxarılıb.

İclasda ilk çıxış edən komitə sədri Arif Rəhimzadə söyləyib ki, rayonlardan ərazi vahidləri ilə bağlı Milli Məclisə müraciətlər olunur. Onun sözlərinə görə, bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi ilə bağlı təşəbbüs yerlərdən gələrək müzakirəyə çıxarılıb: “Layihə xüsusi komissiyada bununla bağlı məsələ müzakirə edilib”.

Komitə sədri qeyd edib ki, layihəyə əsasən, Ağsu rayonunun Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi Xanbulaq kəndi (ərazi vahidi də belə adlanacaq), Astara rayonunun Kakalos kənd inzibati ərazi dairəsi tərkibindəki Qamışkovka kəndi Qamışoba kəndi, Goranboy rayonunun Ağamalıoğlu kənd inzibati ərazi dairəsi tərkibindəki Ağamalıoğlu kəndi Düzqışlaq kəndi (ərazi vahidi də belə adlanacaq), Əzizbəyov kənd inzibati ərazi dairəsi tərkibindəki Əzizbəyov kəndi Kəhrizli kəndi (ərazi vahidi də belə adlanacaq), Göygöl rayonunun Göygöl kənd inzibati ərazi dairəsi tərkibindəki Xanlar qəsəbəsi Ağdağ qəsəbəsi, Yeni Zavod kənd inzibati ərazi dairəsi tərkibindəki Mixayılovla kəndi Bənövşəli kəndi, Xaçmaz rayonunun Alekseyevka inzibati ərazi dairəsi tərkibindəki Çaykənarı kəndi (ərazi vahidi də belə adlanacaq), Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi (ərazi vahidi də belə adlanacaq), Uzunoba kənd inzibati ərazi dairəsi tərkibindəki Krasnı Xutor kəndi Şıxlı kəndi, Xızı rayonunun Altıağac qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çıstı Klyuç kəndi Safbulaq kəndi, Şurabad qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şuraabad qəsəbəsi Şorabad qəsəbəsi (ərazi vahidi də belə adlanacaq), Qazax rayonunun Çaylı kəndi inzibati ərazi dairəsi tərkibindəki Kommuna kəndi Bala Çaylı kəndi, Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsi tərkibindəki Novonikolayevka kəndi Çaydüzü kəndi, Qusar rayonunun Şirvanovka kənd inzibati ərazi dairəsi tərkibindəki Şirvanovka kəndi Şirvanlı kəndi (ərazi vahidi də belə adlanacaq), Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi (ərazi vahidi də belə adlanacaq), Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Astarxanovka kəndi Çaldaş kəndi, Vladimirovka kəndi Çayqovuşan kəndi, Saatlı rayonunun Xanlarkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Xanlarkənd kəndi Nabatkənd kəndi (ərazi vahidi də belə adlanacaq), Qarayevkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qarayevkənd kəndi Orta Muğan kəndi (ərazi vahidi də belə adlanacaq), Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Samux qəsəbəsi Qaraağaclı qəsəbəsi (ərazi vahidi də belə adlanacaq), Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksenburq kəndi Köbər kəndi, Lək kəndi inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Sarıqaya kəndi, Şəmkir rayonunun Qasım İsmayılov kənd inzibati ərazi dairəsi tərkibindəki Qasım İsmayılov kəndi Ağlavaşlı kəndi (ərazi vahidi də belə adlanacaq), Muxtariyyat kənd inzibati ərazi dairəsi tərkibindəki Muxtariyyat kəndi Qədimqala kəndi (ərazi vahidi də belə adlanacaq), Yevlax rayonunun Səmədabad kənd inzibati ərazi dairəsi tərkibindəki Bünyadabad kəndi Yeni Çobankərə kəndi adlandırılacaq.

Milli Məclis yanında Toponomiya Komissiyasının sədri İsa Həbibbəyli söyləyib ki, yeni adlar verilərkən həmin yaşayış ərazilərinin qədim adlarının geri qaytarılmasına üstünlük verirdik. Toponomiya Komissiyası adların dəyişdirilməsi ilə bağlı yerli icra orqanları ilə bağlı müzakirələr aparılıb. Bütün mübahisəli məsələlər həll edilib. Bu adlar bugünkü milli maraqlarımızı ölkə reallığını tam şəkildə əhatə edir.

Deputat Tahir Rzayev söyləyib ki, kəndlərə tarixi adların bərpası yaxşı haldır: “Lakin elə adlar var ki, onların mənası başa düşülən deyil. Bəzən bir neçə kəndin adı eyni adlanır. Gələcəkdə bunlar nəzərə alınmalıdır”.

Deputat Rüstəm Xəlilov bildirib ki, kəndlərimizin tarixi adlara qayıtması prosedur qaydasına görə, yerli kənd nümayəndələrinin istəyi əsasında həyata keçirilir: “Çünki, yerli əhali kəndin tarixini yaxşı bildiyi üçün bu məsələlərin həllində onların ryinin nəzərə alınması yaxşı haldır”.

Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki 15 rayonda olan ad dəyişmələri zamanın tələbidir: “Bir çox kəndlərin adları var ki, onların da dəyişdirilməsinə ehtiyac var. Bu istiqamətdə başqa kənd ad varsa onların da tarixi adları bərpa olunmalıdır. Adlar verilən mühitə uyğun olmalıdır. Azərbaycan illərdir ki müstəqildir. Amma buna bamayaraq kəndlərimizin adlarında çar rusiyası dövründən qalan adlara rast gəlinir. Bu istiqamətdə aparılan işlər davam etdirilməlidir”.

Deputat Fəttah Heydərov deyib ki, Azərbaycanda bəzi kəndlərin adaların dəyişdirilməsi prosesi zəif həyata keçirlir: “Biz bu adların dəyişdirilməsinə gecikmişik. Hələ də elə yerlər var ki onların adları dəyişdirilməlidir”.

Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə