Türkiyənin Ege Universitetinin Botanika departamentinin nümayəndəsi, professor Münir Öztürk AMEA-nın Botanika Institutunun qonağı olub. İnstitutdan SİA-ya verilən xəbərə görə, institutun direktoru, akademik Validə Əlizadə, Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, b.ü.e.d. Naibə Mehtiyeva və Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimovun iştirakı ilə keçən görüşdə Botanika İnstitutunun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri barədə qonağa məlumat verilib, əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bitki müxtəlifliyi üzrə aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olan M.Öztürk əməkdaşlıq imkanlarını yüksək qiymətləndirərək, qarşılıqlı kadr və təcrübə mübadiləsi imkanlarının olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB