Komitə sədri UNİSEF-in Azərbaycan nümayəndəsi ilə görüşüb

Komitə sədri UNİSEF-in Azərbaycan nümayəndəsi ilə görüşüb

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı UNİCEF-in Azərbaycan nümayəndəliyi rəhbərinin müavini xanım Min Yuanı qəbul edib. SİA-nın məlumatına görə, komitə sədri qonağı Milli Məclisdə salamlayaraq, komitənin fəaliyyəti haqqında ətraflı məlumat verib.

Görüş zamanı iki tərəf arasında körpələrin ana südü ilə qidalanması, uşaqların məcburi dispanserizasiyası, uşaqlarla aparılan inklüziv iş, həmçinin uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı ətraflı müzakirələr aparılıb, uşaqlara qarşı törədilən zorakılıq halları və buna qarşı qanunvericilikdə nəzərdə tutulan cəzalarla bağlı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə