İyunun 3-də saat 17 radələrində Salyan rayonu yaxınlığında yerləşən Bəndovan Dövlət Təbiət Yasaqlığının ərazisində yanğın hadisəsi qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) SİA-ya verilən məlumata görə, yanğının elektrik dirəyindəki naqildə qısaqapanma nəticəsində baş verdiyi ehtimal olunur. Əsən isti külək səbəbindən alov geniş əraziyə yayılıb.
Hadisə yerinə dərhal ETSN-in və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub və yanğın saat 19:00-da söndürülüb. Yanğın 3 hektar ərazini əhatə edib, quru ot örtüyü yanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB