Əli Həsənov: "Azərbaycanda dini etiqad hər kəsin şəxsi işidir" MÖVQE
"Azərbaycanda dini etiqad hər kəsin şəxsi işidir" SİA-nın məlumatına görə, bunu Bakıda indoneziyalı jurnalistlərlə görüşü zamanı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov deyib.
Əli Həsənov həmçinin bildirib ki, Azərbaycanda azanın 500 metrdən uzaq məsafədən eşidilməməsi barədə qayda mövcuddur: “Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”.
Prezidentin köməkçisinin sözlərinə görə, bu qayda Azərbaycanda yüksək dini tolerantlığın göstəricisidir və ölkədə müsəlmanlar və digər dinlərin nümayəndələri bir-birlərinin işinə müdaxilə etmir.
Ə.Həsənov əlavə edib ki, Azərbaycanda dini etiqad hər kəsin şəxsi işidir: “Biz kiminsə orucluq kimi bir dini ayini yerinə yetirib-yetirmədiyini bilmirik və bilməməliyik. Mən bilmirəm ki, mənim əməkdaşlarım oruc tutur, ya yox, onlara da mənim oruc tutub-tutmamağımı bilmək lazım deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB