Türkiyə Silahlı Qüvvələri Afrinə qarşı əməliyyatın müvəffəqiyyətlə tamamlanmasının ardından Şimali İraqdakı PKK düşərgələrinə qarşı əməliyyatları sürətləndirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Şimali İraqda 22 kilometr dərinliyə qədər gedən Türkiyə Silahlı Qüvvələri ölkəyə keçid yerlərində və arxa cəbhədə onların idarə olunmasını təmin edən sərhəd xəttini ələ keçirərək Hakurk, Bermize, Kalereş və Sideka bölgələrini əhatə edən və bölgənin fiziki şərtlərinin ən çətin olduğu Bradost əyalətinə nəzarəti tamamilə ələ keçirib.
Məlumata görə, Bradost əyaləti Hakkâri, Van, Ağrı, Bitlis Ərzurum, Ərzincan və Ermənistana keçid xətti olaraq istifadə edilirdi. Türkiyə Silahlı Qüvvələrinin bu ərazilərə nəzarət etməsi bu gedişlərin qarşısını alacaq.
Bradost əyalətinə daxil olan, Hakurk, Bermize, Kalereş və Sidekanın daxil olduğu geniş ərazidə 2 ay davam edən əməliyyatlardan sonra təşkilatın 14 yüksək vəzifəli rəhbərinin bölgəni tərk elədiyi bildirilir. Xüsusi mənbələr Afrin əməliyyatı zamanı Türkiyəyə sızmağa çalışan 2 min nəfər terrorçunun Türkiyəyə keçmədən Qəndilə geri qayıtdıqlarını bildirib. Terrorçuların Bradostda çox itki verdiklərini söyləyən yerli mənbələr deyiblər: “Terrorçuların toplaşdıqları bazalar boşaldıldı. Xüsusilə də Hakurk düşərgəsi Türkiyəyə sızmaq üçün mühüm bir keçid bazası mövqeyində idi. Lakin hazırda bölgədəki terrorçular Qəndilə qayıdıblar, kiçik qruplar halında sızmaq cəhdlərinin də qarşısı alınıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB