5 iyun - Ümumdünya ətraf mühitin mühafizəsi günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Bakı-Şamaxı yolunun Pirəkəşkül qəsəbəsi ərazisində iməcilik keçirilib. ETSN-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iməcilik zamanı 50 hektar sahədə abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından təmizlənib.
Qeyd olunub ki, “5 iyun - Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar regionlarda da iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB