Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən monitorinqlər çərçivəsində iyunun 1-də ət və ət məhsullarının istehsalı ilə məşğul olan “AzProtein Foods Group” MMC-nin fəaliyyəti ilə tanış olub, istehsalat sahələrinə baxış keçirib. Agentlikdən SİA-ya verilən xəbərə görə, agentlik sədri qida təhlükəsizliyi sahəsində dövlət siyasəti və qarşıya qoyulan tələblər haqqında müəssisə əməkdaşlarına geniş məlumat verib, müasir standartlara cavab verən, rəqabətə davamlı qida məhsullarının, o cümlədən qida zəncirində mühim əhəmiyyət kəsb edən ət və ət məhsullarının istehsalı, tədarükü, qablaşdırılması və satışının əsas vəzifə olduğunu diqqətə çatdırıb.
Müəssisədəki iri və xırdabuynuzlu heyvanların kəsim sahəsi, laboratoriya otağı, dondurucu sahə, qablaşdırma sahəsinə baxış keçirən Q.Təhməzli iş prosesini müşahidə edib, kollektivi maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirib, onların istək və arzularını dinləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB