Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib

Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori arasında tanışlıq görüşü keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, görüş zamanı ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və ekoloji monitorinq sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə