Ölkədə TV və radio yayımı dayandırılacaq- DİQQƏT!

Ölkədə TV və radio yayımı dayandırılacaq- DİQQƏT!

Azərbaycanın efir məkanında iyun ayının 11-i kompleks profilaktika keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib. Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2018-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub. Birinci kompleks profilaktika fevralın 5-i keçirilib. Növbəti profilaktikalar sentyabrın 3-ü və dekabrın 3-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə