Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun İsmayıllı rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək 09 iyun 2018-ci il tarixinə keçirilib. Komitədən SİA-ya verilən məlumata görə, vətəndaş qəbulu saat 11:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda İsmayıllı, Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)
Əmlak Məsələləri Dövlət Komitəsinin 16 saylı ərazi şöbəsi: (02028) 5-64-64, (02420) 5-23-00
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsi: (02420) 5-28-88, (02028) 5-35-05
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB