Bakı metrosu uşaqların səs ilə VİDEO

Bakı metrosu uşaqların səs ilə VİDEO

"Bakı Metropoliteni" QSC 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü fərqli şəkildə qeyd edir. SİA-nın xəbərinə görə, qatar metro stansiyaların platformasına yaxınlaşan və platformadan hərəkət edən zaman qatarın getdiyi istiqamət barədə məlumatlandırıcı səs uşaqlar tərəfindən səsləndirilir.

Balaca fidanlar hər iki dildə (Azərbaycan dili və İngilis dili) səsləndirdiyi səslər ərnişinlərin maraq və təbəssümünə səbəb olub.

Bundan əlavə metronun qaydaları və təhlükəsizlik barədə eşidilən elanlar da uşaqların dili ilə səsləndirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə