Polis zabiti cinayətkarı yaxalayarkən ölümcül yaralanıb. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, noyabrın 18-də saat 17:00 radələrində Lənkəran şəhər Polis Şöbəsinin sahə inspektoru Rufulla Nuriyev və əməliyyat müvəkkili Elman Fərəcov şəhər sakini Sücayət Quliyevin narkotik vasitə satması barədə Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında onun yaşadığı ünvanda olublar.
Lənkəran sakini Kənan İsmayılovun həmin evin həyətindən çıxmasını görən polis əməkdaşları sonuncuya yaxınlaşaraq hansı məqsədlə oraya gəlməsini soruşublar. Bu zaman evin yaxınlığında dayanmış K.İsmayılova məxsus "VAZ 2106" markalı avtomobildə olan Etibar Babayev polis əməkdaşlarına yaxınlaşaraq onları təhqir edib və özündə olan bıçaqla E.Fərəcovu vurmağa cəhd göstərib.
R.Nuriyev hadisənin qarşısını almaq istəyərkən E.Babayev bıçaqla onun qarın nahiyəsinə vuraraq, həyat və sağlamlığı üçün ağır xəsarət yetirib. Polis sahə inspektoru dərhal xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində həyatı xilas olunub.
Faktla bağlı Lənkəran rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Etibar Babayev noyabrın 19-da şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB