Millət vəkili müsabiqə qaliblərini təbrik etdi

Millət vəkili müsabiqə qaliblərini təbrik etdi

30 may 2018-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Xəzər rayon İcra Hakimiyyəti, Odlar Yurdu Universiteti, "Azərcell" telekommunikasiya operatoru və “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin birgə təşkilatçılığ ilə Müasir İnnovasiyalar Liseyinin Mərdəkan tədris korpusunda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubleyinə həsr olunmuş bayram tədbiri keçirildi. SİA-nın verdiyi məlumata görə, tədbirdə millət vəkili Rauf Əliyev, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının müavinləri Vaqif Həsənov, Arif Balayev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Liseyin şagird və müəllim heyəti iştirak ediblər.

Tədbirdə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş Xəzər rayon məktəbliləri arasında keçirilən “Oxu günü” və “Yaşasın Azərbaycan” inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması olmuşdur. Millət vəkili Rauf Əliyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Balayev müsabiqə qaliblərini təbrik edərək onlara uğurlar arzuladılar. Sonda tədbir, tanınmış sənət adamlarının iştirakı ilə konsert proqramı ilə davam etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə