Milli Məclisin komitəsinə sədr seçilib

Milli Məclisin komitəsinə sədr seçilib

Milli Məclisin (MM) Gənclər və idman komitəsinə yeni sədr seçilib. SİA-nın məlumatına görə, bu posta deputat Ülvi Quliyevin namizədliyi irəli sürülüb. Onun namizədliyi səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, MM-in Gənclər və idman komitəsinin sədri yeri Fuad Muradovun bir müddət əvvəl Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olmasından sonra boş qalmışdı.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə