Milli Məclisdə əkin sahələrinin yandırılmasını qadağan edən dəyişikliklə bağlı narazılıq

Milli Məclisdə əkin sahələrinin yandırılmasını qadağan edən dəyişikliklə bağlı narazılıq

Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında Torpaq Məcəlləsinə əkin sahələrinin yandırılmasını qadağan edən dəyişiklik layihəsi ilə bağlı etirazını bildirib. SİA-nın xəbərinə görə, deputat Aqil Abbas bildirib ki, bu torpağı yandıranda orada olan cücülər, ziyanvericilər məhv olur.

Deputatın sözlərinə görə, yanan hissə gübrəyə çevrilir: "Bunun ziyanının nə olduğunu anlamıram. Aydınlıq gətirilsin ki, bu qadağa niyə tətbiq edilir?".

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov buna cavab olaraq bildirib ki, mütəxəssislər torpağın yandırılmasının əleyhinədir: "Torpağın üz qatının yandırılması olduqca ziyanlıdır. Samanın torpaqla qarışdığı zaman verdiyi mineral effekt yanan zaman olmur. Dəyişikliyin izahı budur... O ki qaldı ziyanvericilərlə bağlı məsələyə, o elə bir şeydir ki, yandırmaqla düzələn deyil, qaçıb gedirlər. Həmin ziyanvericilərlə mübarizənin ayrıca üsulları var".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə