Tahir Kərimli: "Azərbaycanda tikinti sektorunda çalışan şəxslər istismar olunur"

Tahir Kərimli: "Azərbaycanda tikinti sektorunda çalışan şəxslər istismar olunur"

"Azərbaycanda tikinti sektorunda çalışan şəxslər istismar olunur". SİA-nın xəbərinə görə bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimli parlamentin yaz sessiyasının son iclasında çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycanda tikinti sektorununda çalışan şəxslər 8 saatdan çox işlədilir: "Onların 70-80 faizi şənbə və bazar günləri də çalışır. Buna özüm şahid olmuşam. Cümhuriyyətimizin 100 illik yubileyi zamanı da müşahidə etdim ki, bir neçə tikinti sektorunda çalışanlar işlədilir. Onlara qara mühasibatlıq tərtib olunur. Bu, insanların sağlamlığına mənfi təsir edir. problem həll olunmalıdır. Belə şəxslərə kifayət qədər maaş verilməlidir ki, onlar əlavə iş saatına qalıb işləməsinlər”.

Ölkədə problemli kreditlərlə bağlı məsələyə toxunan deputat söyləyib ki, bu problem ötən ildən müzakirə olunmasına baxmayaraq. onun həlli istiqamətində addımlar atılmır: "Niyə 2017-ci ildə problem həllini tapmadı? Görünür 2018-ci ildə də bu problem gündəmə gətirilmir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə