Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi, xanım Baronessa Emma Nikolson və Böyük Britaniyanın Azərbaycandakı səfiri, xanım Karol Krofts arasında tanışlıq görüşü keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, görüş zamanı Birləşmiş Krallığın plastik məhsullardan birdəfəlik istifadə üzrə yeni siyasəti, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB