AMEA-nın Rəyasət Heyəti üzvlüyünə seçkilər keçiriləcək

AMEA-nın Rəyasət Heyəti üzvlüyünə seçkilər keçiriləcək

İyunun 8-də AMEA Rəyasət Heyətinin böyük konfrans zalında akademiyanın Ümumi yığıncağı olacaq. Akademiyadan SİA-ya verilən məlumata görə, tədbirdə AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı olacaq, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın Adlı mükafatlarının təqdimatı, həmçinin AMEA-nın Rəyasət Heyəti üzvlüyünə seçkilər keçiriləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə