Gəncədə avtomobillərə qarşı reyd keçirilir

Gəncədə avtomobillərə qarşı reyd keçirilir

Gəncə şəhər Dövlət Yol Polisi şöbəsinin əməkdaşları reyd keçirib. SİA-nın bölgə müxbiri xəbər verir ki, texniki baxışdan keçməyən avtomobillərə qarşı inzibati qaydada protokol tərtib edilib. Reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, qadağan olunan səsgücləndirici vasitələrindən istifadə edən, avtomobilin texniki qurğusuna dəyişiklik edən sürücülər saxlanılıb. Reyd zamanı 10-dan artıq sürücü barəsində protokol tərtib edilib.

Reydlər davam etdirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə