“İnsan Hüquqları aylığı” Gəncədə

“İnsan Hüquqları aylığı” Gəncədə

Gəncədə regional konfrans keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Dövlət Miqrasiya Xidməti “İnsan Hüquqları aylığı” çərçivəsində regional müşavirə keçirilib. Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbov Xidmətin fəaliyyət istiqamətlərindən və ölkədə insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən işlərdən danışıb. Bildirilib ki, 105 mindən artıq şəxsin Azərbaycan Respublikasında mənsubiyyəti tanınıb. 200-dən çox şəxsin şəxsiyyəti tanındıqdan sonra şəxsiyyət vəsiqəsi və pasportla təmin olunub.

Tədbirin əsas məqsədi vətəndaşlıq hallarının aradan qaldırılması və bu sahədə maarifləndirmə işinin gücləndirməsidir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə