“Fəlsəfə fikrinin inkişafı ictimai elmlərin inkişafı deməkdir və bu da modernləşmə şəraitində çox vacib amildir”-AÇIQLAMA

“Fəlsəfə fikrinin inkişafı ictimai elmlərin inkişafı deməkdir və bu da modernləşmə şəraitində çox vacib amildir”-AÇIQLAMA
Hələ XIII-XIV əsrlərdə Azərbaycana məxsus olan fəlsəfə fikri bütün Şərq dünyasına təsir göstərib. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə məlumat verib. O bildirib ki, müasir fəlsəfədə biliklər keçmişdən mövcud olan bilikləri daha da dərinləşdirir. İ.Məmmədzadə vurğulayıb ki, fransalı alimlər də Azərbaycan fəlsəfinin Türkiyədə, Fransada və digər ölkələrdə təbliğatı ilə məşğuldur və bu da çox müsbət bir hal, inkişafa aparan yoldur.

"Yaxın gələcəkdə Fransanın Lion Universiteti ilə saziş bağlamaq fikrimiz var. Fransız alimləri də istəyir ki, Azərbaycan-Fransa filosoflarının münasibətləri daha dərin və geniş olsun. Düşünürəm ki, fəlsəfə ilə bağlı fikirləri daha dərinləşdirmək üçün geniş konfranslar keçirmək, keyfiyyətli jurnallar hazırlamaq lazımdır. Bundan əlavə, beynəlxalq jurnallarda bizim alimlərimizin tez-tez məqalələri çap etməlidirlər. Biz çalışmalıyıq ki, bizim filosoflarımız beynəlxalq fəlsəfə arenasına çıxsınlar. Həmçinin, xarici filosof alimlərin fikirlərinin bizim jurnallarda yer almasına çalışmalıyıq. Bu həm onların, həm də bizim fəlsəfə fikrimizin inkişafı üçün lazımdır. Fəlsəfə fikrinin inkişafı ictimai elmlərin də inkişafı deməkdir. Bu müəyyən əsas yaradır ki, müəyyən ictimai elmlər inkişaf etsin. Modernləşmə şəraitində bu çox vacib amildir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə