Suraxanıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbiri keçirilib
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Suraxanı rayon 2 saylı Uşaq Evində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirib. Tədbirdə rayon təşkilatının fəalları iştirak ediblər.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bayram münasibəti ilə uşaqları təbrik edərək, onlara qayğı göstərməyin və müdafiə etməyin hər bir vətəndaşın müqəddəs borcu olduğunu diqqətə çatdırıb. Uşaqların sağlam böyüməsi, cəmiyyətə yararlı vətəndaş kimi yetişməsinin dövlətimizin əsas məqsədlərindən biri olduğunu diqqətə çatdıran rayon təşkilatı sədri Heydər Əliyev Fondunun təhsil müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi məqsədilə həyata keçirdiyi layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisinin deputatı Sevinc Fətəliyeva uşaqlara göstərilən dövlət dəstəyindən danışaraq bildirib ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir: "Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursu Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaqların normal yaşaması, onların təhsili, sağlamlığı və əyləncəsini təşkil etmək üçün ilbəil müxtəlif tədbirlər həyata keçirilir. Bu gün uşaqlara göstərilən dövlət qayğısının tərkib hissəsi olaraq, yeni-yeni bağçalar tikilir, məktəblər inşa olunur və yeni parklar salınır".
Tədbirdə 2 nömrəli Uşaq Evinin direktoru Sevda Hacıyeva çıxışında uşaqların Vətənə layiqli vətəndaşlar kimi böyümələri, cəmiyyətdə sağlam mövqe tutmaları üçün Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradıldığını bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar xalqımızın övldlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.
Tanınmış incəsənət ustalarınının ifaları ilə yekunlaşan bayram tədbiri uşaqlara sevinc bəxş edərək, onlarda xoş ovqat yaradıb.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB