“Dünya fəlsəfəsi kontekstində İslam regionu fəlsəfə tarixinin tədqiqi və tədrisi problemləri” mövzusunda konfrans keçirilib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda (FSHİ) YUNESKO-nun dəstəyi ilə Ümümdünya fəlsəfə gününə həsr olunmuş "Dünya fəlsəfəsi kontekstində İslam regionu fəlsəfə tarixinin tədqiqi və tədrisi problemləri" mövzusunda elmi-nəzəri konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda YUNESKO-nun Azərbaycanda milli koordinatoru Günay Əfəndiyeva, Belçika səfiri Filip Jotar, Mərakeş səfiri Həsən Həmi, Misir Səfirliyinin mədəniyyət üzrə müşaviri Adel Dərviş, Fransa Tibb Akademiyasının həqiqi üzvü, akademik Cavad Heyət, Fransa, Böyük Britaniya, Macarıstan, İran, Türkiyə və Mərakeşdən olan görkəmli alimləri iştirak ediblər.
Tədbirdə çıxış edən FSHİ-nun direktoru İlham Məmmədzadə bildirib ki, ümumdünya fəlsəfə günündə belə bir tədbirin təşkili Azərbaycan fəlsəfəsinin inkişafına daha da təkan verəcək. Onun sözlərinə görə, fəlsəfə günü ilk dəfə 2002-ci ildə qeyd olunub və sonradan YUNESCO-nun bu sahədəki siyasəti dəqiqləşib: "Azərbaycanda keçirilən fəlsəfə gününə görə YUNESCO-nun baş katibi İrina Bokovanın məktubunda da qeyd olunur ki, onlar Azərbaycan və başqa regionlarda fəlsəfə inkişaf etməsini istəyirlər. Müasirlik fəlsəfə ilə sıx bağlı olur və YUNESCO bunu çox yaxşı başa düşür. Biz də çalışırıq ki, fəlsəfəmiz qapalılıqdan çıxsın və cəmiyyətə açıq olsun. O biri tərəfdən isə çalışırıq ki, fəlsəfə Azərbaycanın müasirləşməsində fəal iştirak etsin. Bu tədbir hər iki məqsədə xidmət edir. Bu seminarda tanınmış filosoflar iştirak edir və onlar bizim filosoflarla bigə müzakirələr, diskusiyalar aparacaqlar. Tədbirdə təcrübə mübadiləsi aparılacaq və 20-dən çox alimin məruzəsi dinləniləcək. İnanıram ki, bunlar da hər bir ölkə üçün öz müsbət təsirlərini göstərəcək. Bu konfransda səsləndirilən dəyərli ideyalar həm Azərbaycan filosofları, həm xaricdən gələn qonaqların fəlsəfə sahəsindəki biliklərini daha da dərinləşdirəcək".
Tədbirin davamında FSHİ-nin şöbə müdiri Zümrüd Quluzadə "Проблемы исследования и преподавания истории философии в свете метафилософии конца XIX начала ХХI вв", Fransa Tibb Akademiyasının həqiqi üzvü, akademik Cavad Heyət "Vəhdəti əl Vücud və fəlsəfə", Fransa Səfirliyinin nümayəndəsi Lyuk Obri "Gənclərin tərbiyəsində fəlsəfənin rolu", İspaniyalı alim Viktor Paleci de Bistinza "İspaniya və Braziliyada fəlsəfə tarixinin tədrisi məsələlərinə dair" və digər alimlər müxtəlif mövzuda məruzələr səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB