Milli Məclisin komitə sədri postuna namizəd irəli sürülüb

Milli Məclisin komitə sədri postuna namizəd irəli sürülüb

Milli Məclisin Gənclər və idman komitəsinin sədri yerinə namizəd məlum olub. SİA-nın məlumatına görə, bu posta deputat Ülvi Quliyevin namizədliyi irəli sürülüb. Məsələ MM-in yaz sessiyasının sabah keçiriləcək sonuncu plenar iclasının gündəlyinə daxil edilib.

Qeyd edək ki, bundan öncə Milli Məclisin Gənclər və idman komitəsinin sədri yeri Fuad Muradov idi. F.Muradov bir müddət əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə