Xəyanət ŞƏRH

Rüstəm İbrahimbəyov və onun oğlu Fuad İbrahimbəyov "Qafqaz üçlüyü" filmini çəkməklə, əslində, öz xalqına qarşı xəyanət yolu tutaraq, özlərinin daxili aləmində Azərbaycan xalqına olan qəzəb və nifrətlərini, ermənilərə qarşı isə sevgi və məhəbbətlərini nümayiş etdirmişlər. Təxminən avtobioqrafik xarakter daşıyan filmdə İbrahimbəyovlar film yaratmaqdan öncə, daha çox qisasçılıq haqqında düşünmüşlər. Fikrimcə, filmdəki Timur obrazı elə Rüstəm İbrahimbəyovun - Arustam İbragimbekyanın obrazıdır, onun prototipidir və əminəm ki, elə Arustamın da əsl atası Məmmədibrahim yox, Hambarsumdur. Əks-təqdirdə, damarlarından azərbaycanlı qanı axan istənilən bir şəxs belə bir film və ya ssenari yaza bilməzdi. Əgər filmin yaradıcıları iştirakçıları olan Fuad və Fatimə azərbaycanlı olsa idi, heç olmasa, onlar belə film çəkməyə imkan verməzdilər. Ona görə də, hesab edirəm ki, azərbaycanlı cildinə girərək, Azərbaycan dövləti hesabına özünə sərvət toplayan, fəxri adlarla, orden və medallarla təltif edilən, erməni mənşəli Arustam İbragimbekyan bütün titullardan məhrum edilməklə yanaşı, həm də Azərbaycan vətəndaşlığından məhrum edilməlidir. Qoy gedib nə işlə istəyir məşğul olsun. Onun indiyə qədər Azərbaycan xalqına və dövlətinə elədiyi xəyanətləri də kölgə altına düşür. Bu naqis məxluq 10 ildən çoxdur ki, Azərbaycana xalqına qarşı həqarətlər yağdırmaqda davam edir. Biz isə susuruq. Təəssüf edirəm ki, bir zamanlar görkəmli Azərbaycan ziyalısı, akademik Nizami Cəfərov Rüstəm İbrahimbəyovun sayıqlamalarına qarşı öz haqq səsini qaldıranda, bir çox görkəmli Azərbaycan ziyalıları, nəinki R.İbrahimbəyovu müdafiəyə qalxdılar, hətta Nizami Cəfərova qarşı tənqid və bəzi hallarda təhqir yağdırmaqdan belə çəkinmədilər. Bu da nəticəsi! İndi, görəsən, həmin ziyalılar filmə baxdıqdan sonra öz hərəkətlərindən xəcalət çəkdilərmi? Və ya onlar Rüstəm İbrahimbəyov barədə yenədəmi öz fikirlərində qalırlar? Əgər belə deyilsə, niyə onda digər ziyalılar kimi onlar da öz münasibətlərini bildirmirlər. Niyə ağızlarına su alıb, dayanıblar?

Bir məsələyə də münasibətimi bildirmək istəyirəm. Arustam İbragimbekyanın bu filmi bizi bir daha ayıltdı. Sübut etdi ki, "Milli Şura" adlanan, əslində, anti "Milli Şura" ermənilərlə iş birliyi qurub. Bunu iş birliyi yox, birgə fəaliyyət adlandırsaq, daha düzgün olardı. Əgər belə deyilsə, bir vaxtlar onu "Milli Şura"ya sədr seçən, prezidentliyə namizədliyini irəli sürən Cəmil Həsənli də, Gültəkin Hacıbəyli də, onlara züy tutan Əli Kərimli də Arustam İbragimbekyanın bu xəyanətinə münasibətlərini bildirsinlər. Bütün bunlara rəğmən, bir Azərbaycan vətəndaşı kimi anti-milli "qüvvələr"ə səslənirəm: Azərbaycan xalqı öz Prezidenti ətrafında sıx birləşib, xalq-iqtidar birliyi ölkəmizi daha uğurlu inkişafa doğru aparır. Arustamın milçək vızıltısı və ona dəstək verənlər heç nəyi dəyişə bilməzlər. Nə qədər ikili standartlar olsa da, dünya ictimaiyyəti həqiqəti dana bilməz. Əminəm ki, bu xəyanətinə görə Azərbaycan xalqı, ömrünün qurub çağını yaşayan, bir ayağı gorda olan Arustamı zaman-zaman lənətlə yad edəcəkdir.

Ramiz Göyüşov,

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə