Misirin Ali İnzibati Məhkəməsi "YouTube" videoservisinin ölkə ərazisində 1 aylıq bloklanması barədə aşağı instansiya məhkəməsinin qərarını təsdiqləyib. SİA-nın verdiyi məlumata görə, bu barədə "Al-Ahram" məhkəmə qərarına istinadən məlumat yayıb.
Məlumata görə, ərizəni məhkəməyə vəkil Məhəmməd Salem təqdim edib. O, videoservisin Məhəmməd Peyğəmbərin həyatını təhqiramiz formada təqdim edən filmin kadrlarının "YouTube" videoservisindən silinməyincə, videoservisin ölkə ərazisində bloklanmasını tələb edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB