Əskişəhər azərbaycanlılar dərnəyi Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə futbol turniri təşkil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, Tüm Sanayici İşadamları Derneği-nin dəstəyi ilə baş tutan turnirdə Əskişəhər Universitetində təhsil alan xarici tələbələr iştirak edib.
İdman yarışına 8 komanda qoşulub.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Axısqa türkləri, İraq türkmənləri, Əfqanıstan komandalarının yarışında Türkmənistan komandası çempion olub. Dərnəyin rəhbəri Cavid Aydın "100 İL" kubokunu komandaya təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB