Əmək və əhalinin sosial müdafiəsi naziri: “Cari il əmək müfəttişləri vasitəsilə ödənilməyən əmək haqların ödənişləri 10 dəfəyə qədər artıb”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin beynəlxalq əlaqələrininin inkişafında məqsəd Azərbaycan işçilərinin əmək şəraitinin yaxşılaşdırılmasından ibarətdir. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafisəi naziri Füzuli Ələkbərov məlumat verib. O bildirib ki, 3 il bundan əvvəl Dövlət Əmək Müfəttişliyi Əmək Müfəttişlikləri Beynəlxalq Assosiasiyasının üzvü olub və bu əməkdaşlıq nəticəsində Azərbaycan Regional Alyansa sədrlik edir: "Son illər əməyin mühafizəsi, sağlam əmək şəraitinin yaradılması beynəlxalq əmək müfəttişlərinin diqqətindədir və bu bizim ölkə üçün də aktualdır. Bu sahədə istər qanunvericilik bazasının təkmilləşməsi baxımıdan, istərsə də əmək şəraitinin yaxşılaşdırılması üçün milli standartların işlənib hazırlanması sahəsində mühüm işlər görülür. Mövcud istiqamətdə beynəlxal təşkilatlarla sıx əməkdaşlıq edirik və ikitərəfli əlaqələr günü-gündən inkişaf edir".
Nazir qeyd edib ki, ötən illərlə müqayisədə Azərbaycanda əmək müfəttişliyi ilə bağlı vəziyyət müəyyən dərəcədə yaxşıya doğrudur. Onun fikrincə, ancaq bu vəziyyət kifayət qədər deyil və onları qane etmir: "Ancaq ölüm hadisələrinin, xəsərat alanların sayında azalma müşahidə olunur. Digər tərəfdən əmək müfəttişləri vasitəsilə ödənilməyən əmək haqların ödənişləri kifayət qədər artıb. Cari ilin 9 ayı ərzində bu ödənişlər 6 milyona yaxın olub. Ötən il bu 600 min idisə, cari il təqribən 10 dəfə artıb. O bir neçə təşkilatın vasitəsilə olsa da, biz yenədə belə böyük məbləğlərin işçilərə qaytarılmasını təmin edə bilirik. Azərbaycan iqtisadi artım dinamikası mövcuddur. Lakin bununla yanaşı, görülən işlər sayəsində bu sahədə neqativ halların sayında azalma müşahidə olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB