Kütləvi informasiya vasitələrinə maliyyə yardımı jurnalistikaya nə verdi? - ARAŞDIRMA - (LAYİHƏ)
Prezident İlham Əliyevin btən il imzaladığı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası media sahəsində olan problemlərin həlli üçün yetərli hüquqi sənəd sayıla bilər. Bu sərəncam mətbuat - dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini özündə ehtiva edir və Azərbaycan dövlətinin mətbuat siyasətini tam mənadə ifadə edir.
Konsepsiyada kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi 4 prinsip əsasında həyata keçirilir. Bu prinsiplər Qanunçuluq, Şəffaflıq, Əməkdaşlıq və Qarşılıqlı məsuliyyət prinsipləridir. Qeyd olunan prinsiplər mətbuata dövlət dəstəyinin istiqamətini müəyyənləşdirməyə imkan verir. O baxımdan ki, ölkənin hər bir vətəndaşı kimi jurnalistlərin də hüquqları qanunlar vasitəsilə qorunur və qanunçuluq prinsipi əsasında jurnalistlər qanuna hörmət etməli, qanunazidd hərəkətlər yayınmalıdır. Bu mənada dövlətin də qanunun tələblərinə uyğun olaraq bir sıra öhdəlikləri nəzərdə tutulur. Bunlar-kütləvi informasiya vasitələrinin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı müdaxilənin istisna edilməsi, yayılması qanunla qadağan olunmuş informasiyadan cəmiyyətin qorunması, kütləvi informasiya vasitələrinin inhisarlaşmasının qarşısının alınması və s.dir. Şəffaflıq isə demokratik cəmiyyətlərdə idarəetmənin əsas meyarı sayılır. Bu mənada dövlət strukturlarının, o cümlədən digər sahələrin cəmiyyətə açıq olması, insanlara bu və ya başqa formada informasiya ötürülməsi konsepsiyasının özül prinsipində nəzərdə tutulur. Əməkdaşlıq məsələsi isə məhz şəffaflıq prinsipinin yaranması üçün şəraitin yaradılmasına xidmət göstərir. Dövlət orqanları ilə mətbuat arasında etimad körpüsünün qurulması, jurnalistlərin informasiya
Ölkə mətbuatının inkişafına dair konsepsiyanın qəbulu həm də kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin metodiki, təşkilati-texniki, konsultativ, maliyyə və digər formalarını müəyyənləşdirdi və sənədləşdirdi. Metodiki dəstək kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, onların informasiya əldə etmək imkanlarının genişləndirilməsi, kütləvi informasiya vasitələri nümayəndələrinin ixtisas və peşə hazırlığının artırılması baxımından da xüsusi əhəmiyyət daşımış oldu. Sənədə əsasən təşkilati-texniki dəstək müxtəlif tədbirlər zamanı kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə zəruri şəraitin yaradılması, həmçinin fikir, söz və məlumat azadlığı, plüralizm və kütləvi informasiya vasitələrinin inkişafı mövzusunda ictimai maraq doğuran seminarların, konfransların, təlimlərin və digər tədbirlərin təşkilinə dəstək göstərilməsi şəklində həyata keçirilir: "Bununla yanaşı kütləvi informasiya vasitələrinin inkişafına konsultativ dəstək qanunvericilik və digər normativ hüquqi aktların şərhi və izahında, iş metodları və istiqamətləri, dövlət dəstəyinin göstərilməsi imkanları və sair məsələlər barədə məlumat verilməsində ifadə olunur. Maliyyə dəstəyi kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturunun modernləşdirilməsi, iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə yönəlmiş proqramların, layihə və tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə dövlət tərəfindən yardımlar ayrılmasını nəzərdə tutur".
Konsepsiyada kütləvi informasiya vasitələrinə maliyyə yardımının iki formada - müsabiqəli və müsabiqəsiz şəkildə ayrılması nəzərdə tutulur. Dünya praktikasına əsaslanan sənəddə bu şərtlərin yer alması Azərbaycan mətbuatında peşəkarlığın da artmasına şərait yaratmış oldu. Bununla yanaşı, müsabiqəsiz maliyyə dəstəyinə bölgələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə, sosial, mədəni və uşaqlar üçün xüsusi nəşrlərə ünvanlı yardımlar, dövlət orqanları tərəfindən normativ hüquqi aktların və digər rəsmi sənədlərin nəşrinə sifariş verildikdə məqsədli ayırmalar, müəyyən məqsədlər üçün dövlət büdcəsindən verilən maliyyə vəsaiti, dövlət və yerli özünüidarəetmə orqanlarının ödənişli reklam və elanlarının kütləvi informasiya vasitələrində yerləşdirilməsi də daxildir. Müsabiqəli maliyyə dəstəyinə isə kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, onların inkişafına xidmət edən perspektivli proqram və biznes layihələrin həyata keçirilməsi üçün uzunmüddətli və güzəştli kreditlər verilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə məqsədli proqram və layihələrin həyata keçirilməsi ilə əlaqədar kütləvi informasiya vasitələrinə maliyyə yardımı ayrılması kimi məsələlər şamil olunur.
Azərbaycan cəmiyyətinin inkişafında, o cümlədən mətbuatın inkişaf etdirilməsində müstəsna yerə malik olan bu sənəd nəzərdə tutulan sahənin bütün problemlərnin həllini özündə geniş və əhatəli şəkildə əks etdirir, lazımi və zəruri tədbirləri müəyyənləşdirir. Bu tədbirlərin icrası isə media sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin artırılması, Konstitusiyaya və qanunlara, dövlət rəmzlərinə hörmətin dərinləşməsinə, jurnalistikanın keyfiyyətcə yeni texnoloji səviyyəyə yüksəlməsinə, jurnalist peşəkarlığının və məsuliyyətinin artmasına, kütləvi informasiya vasitələrinin xarici təcrübədən faydalanmasına, beynəlxalq əlaqələrinin genişlənməsinə, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramlarının həyata keçirilməsinə, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın möhkəmlənməsinə, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə və müstəqil mətbuatın inkişafına şərait yaradacaq. Prezident İlham Əliyevin ölkəmizin demokratik prinsiplər əsasında inkişafı istiqamətində atdığı addılardan biri kimi bu konsepsiyanın qəbulu Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda vətəndaş cəmiyyətinin sürətli inkişafında xüsusi rola malik olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB