"Ərzaq təhlükəsizliyi və düzgün qidalanmaya dair maarifləndirmə tədbirlərinin təşkili"

"Ərzaq təhlükəsizliyi və düzgün qidalanmaya dair maarifləndirmə tədbirlərinin təşkili"

Bu mövzuda Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi layihəçərçivəsində tədbir keçirib

Azərbaycan Respublikası Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə «Ərzaq təhlükəsizliyi və düzgün qidalanmaya dair maarifləndirmə tədbirlərinin təşkili» adlı layihəni Suraxanı rayonunun 285, 278, 290 saylı məktəblərində həyata keçirtdi. Hər 3 məktəbdə layihə haqqında məlumat verildi, layihənin əsas məqsədinin GMO məhsullarını və gələcəkdə yaradacağı xəstəliklər izah olundu. Layihə çərçivəsində təmizlik aksiyası keçirildi. Aksiyada iştirak edən məktəblilərə təsvirli köynək, papaq, papkalar və təşəkkürnamələr hədiyyə olundu.

Orqanizmlərin genotipində baş verən dəyişkənliyə mutasiya dəyişkənliyi, fenotipində baş verən dəyişkənlik modifikasiya dəyişkənliyi deyilir. Mutasiya hadisəsi ilk dəfə 1880-cı ildə Holland alimi Quqo Friz, sonra isə Mendel və Morqanın qanunları bu mutasiyaları öyrənməyə kömək etmişdir. Gen mutasiyaları gözlə görünmür. Xromosom daxili və xromosom arası dəyişilmələr sayəsində xromosom miqdarının dəyişilməsiylə meydana mutasiya dəyişkənliyi çıxır. Biz onu yalnız fərddə baş verən zaman ortaya çıxanda görürük. Deyək ki, yaşıl yarpaqlı bitkidə rəngsiz yarpaqların əmələ gəlməsi; 45, 47 xromosom saylı xəstə (hər ikisi dölsüz) insanların meydana çıxması mutasiyadır. Mutasiyanın meydana çıxma səbəbləri çoxdur. Insanda 46 xromosom sayı var və cütləşmə zamanı 23 xromosom atadan və 23 xromosom anadan gəlir və cəm 46 olur, ancaq müəyyn səbəblər üzündən qametlər düz ayrılmasa (deyək 23 əvəzinə 22, və ya 24 olarsa) bu zaman xəstəlik ortaya çıxır. Müller öyrənmişdi ki, rentgen və ultrabənövşəyi şüaları mutasiyaya səbəb olur. Hətta atmosferdə olan radioaktiv şüalar da mutasiyaya gətirib çıxarır. Alimlər bitkilər üzərində təcrübələr aparıb qameti diploid etməklə çox məhsuldar arpa, buğda sortlar almışlar/ Ərzaq təhlükəsizliyini izah etmək üçün GMO-ya açıqlama verməliyik.

GMO nədir? İlk növbədə bu həriflərin açıqlamasını araşdıraq. GMO – Genetik Modifikasiyaya uğramış Orqanizm deməkdir. Burada həm bitkilər, həm də canlılar obyekt qismində istifadə edilir. Beləki, orqanizmin genetik koduna yad orqanizmin genləri əlavə edilir. Müasir genetika artıq bir çox sədləri aşmışdır və onun üçün bitki geninə hər hansısa bakteriyanın yaxud heyvanın daxil etmək çətinlik təşkil etmir. Misal üçün, söhbət geni dəyişdirilmiş kartofdan gedirsə, bu o deməkdir ki, onun genetik koduna əqrəb genləri daxil edilmişdir. Bununla kartof tərəvəz kimi ziyanvericilərə qarşı müqavimət əldə edir və daha məhsuldar olur. Yaxud buğdaya onun tərkibində olmayan vitaminlərin, fermentlərin genləri daxil edilir. Bunun nəticəsində buğdanın məhsuldarlığı dəfələrlə artır. Genetik modifikasiyaya məruz qalmış orqanizmlər – qida məhsulları və canlı orqanizmlərdir, hansı ki gen dəyişmə sənayesinin köməyi ilə əldə edilib. Geni dəyişdirilmiş məhsullar daha məhsuldar və dözümlü olur. Hal-hazırda Azərbaycanda genetik modifikasiyaya uğramış məhsullar yetişdirilmir, lakin bu məhsulları xaricdən gətirilmiş məhsullarda görmək olar. Amerika bu məhsulların istehsalı və istehlakı üzrə dünyada birinci yeri tutur. Bəzən elə olur ki, qida məhsullarının tərkibində bir yad gen yox, bir neçə yad orqanizmin geni olur. Qeyd etmək lazımdır ki, GMO məhsullarının insan orqanizminə təsiri, zərəri elm tərəfindən tam olaraq araşdırılmayıb və bu haqda rəsmi məlumatlar yoxdur.

1. GMO məhsullarının tərkibinə trans gen (başqa orqanizmin yad geni) daxildir. Alimlər vurğulayırlar ki, həzm prosesində bu gen insan geni ilə birləşmədiyi üçün heç bir təhlükə yoxdur, lakin hipotezada kiçik rəqəmlərlə qeyd olunur: bu genlər bir çox həzm, mədə-bağırsaq xəstəliklərinin və allergik reaksiyaların səbəbkarı ola bilər.

2. GMO məhsulları hər bir orqanizmə müxtəlif şəkildə təsir edir. Bir insan üçün bu məhsulların zərəri tamamilə neytral ola bilər. Digər biri üçün isə ciddi problemlər yarada bilər.

GMO məhsulların bir neçə ortaq əlaməti olur:1. Uzunmüddətli saxlanma qabiliyyəti (belə məhsullar gec xarab olur). 2. Bu məhsullara qurdlar və bakteriyalar hücum çəkmir. 3.GMO məhsullarının hamısı sanki eyni standart ölçüdə olur, parlaq və hamar səthə malik olur. 4.Belə məhsulları kəsib saxladıqda, onlar nə rəngini, nə də formasını dəyişir.

GMO məhsullar illərdir Azərbaycana da yol tapıb. Yerli və təbii məhsulların sayı azalmaqda, GMO-nun payı isə çoxalmaqda davam edir. Nəinki bitkilər, həm də GMO ilə qidalanan toyuq, mal-qara, süni yetişdirilən balıq vasitəsilə qidamızın çox hissəsinin geni dəyişdirilib. Ölkədə demək olar yerli pomidor, xiyar, qarpız sortu qalmayıb. Problemin ciddiliyini deyəsən anlamırıq.Söhbət təkcə bitki və heyvan mənşəli qidalardan getmir. Xaricdən alınan bir sıra qablaşdırılmış konserv, şokolad, çips, qazlı içki, şirə, alkoqol, tütün məmulatlarında GMO istifadə olunur. Yəni ən azı konservantların tərkibi GMO mənşəlidir. Köhnə təbii tütün çoxdan yoxdur, onu GMO tütün əvəzləyib. Apteklərdə satılan dərmanların, uşaqlara vurulan vaksinlərin tərkibində GMO var. Bəzi alimlərin fikrincə, GMO bioloji silahın bir növüdür, çünki uzun müddət qidalandıqda ən azı heyvanlarda sonsuzluğa gətirib çıxardır. İnsan ömrü uzun olduğuna görə hələ bu GMO-nun bu fəsadı dəqiq müəyyən edilməyib, arıların, tarakanların, bəzi faydalı həşəratların azalması ciddi siqnaldır.

2011-ci ilin dekabrında qəbul edilən "Mədəni bitkilərin genetik mühafizəsi və səmərəli istifadəsi haqqında" qanuna əsasən genetik ehtiyatların, yəni geni dəyişdirilmiş bitkilərin ölkəyə gətirilməsi qadağan edilib. Azərbaycan 2000-ci ildə "Bioloji müxtəlifliyə dair" BMT-nin konvensiyasına, 2005-ci ildə isə konvensiyadan irəli gələn " Biotəhlükəsizliyə dair Kartagen protokolu"na qoşulmuşdur. Keçən il ölkədə "QİDA AGENTLİYİ" yaradılmışdır.

Layihə çərçivəsində Suraxanı rayonunun 278, 285, 290 saylı məktəblərində məlumatlandırma seminarı təşkil olundu və təmizlik aksiyası həyata keçirildi. Layihənin əsas məqsədi məktəblilərdə qida təhlükəsizliyinin təbliğ edilməsi sahəsində potensialı ardı, maarifləndilər.İnsan sağlamlığına, dövlətçiliyin inkişafına tövhə verildi. İctimaiyyətin diqqəti bu məsələyə cəlb olundu. Vətəndaş cəmiyyətinin inkişafınna tövhə verildi.

Bütün xəbərlər Facebook səhifəmizdə