"Azərbaycan Xalq Cümhuriyyəti - 100: varislik və müasirlik" KONFRANS
AMEA-nın Fəlsəfə İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Azərbaycan Xalq Cümhuriyyəti - 100: varislik və müasirlik" adlı elmi konfrans keçirilib. Tədbiri institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə açaraq konfransın Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutduğunu bildirib. 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edildiyini xatırladan İ.Məmmədzadə qeyd edib ki, AXC çətin tarixi şəraitdə müstəqillik qazanıb. Qısa müddətdə ölkənin parlamentini, hökuməti formalaşdırılıb, bayrağı, himni və gerbi yaradılıb, o cümlədən, ana dili dövlət dili elan olunub.

AXC-nin zəngin dövlət quruculuğu təcrübəsi ilə tariximizdə silinməz izlər qoyduğunu deyən İ.Məmmədzadə Cümhuriyyətin yaranmasının xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirdiyini, ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin yaratdığını bildirib. O, müasir Azərbaycan Respublikasının AXC-nin hüquqi-siyasi varisi olduğunu və onun demokratik ənənələrini yaşatdığını diqqətə çatdırıb.
Daha sonra konfransda Milli Məclisin deputatı Elman Nəsirovun "Azərbaycan Xalq Cümhuriyyəti: ənənə və varislik", Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti tarixinə dair", Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Aydın Əlizadənin "Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda sovetlərə qarşı gizli istiqlal mübarizəsi" mövzusunda məruzələri dinlənilib.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB