Geologiya İnstitutunun əməkdaşları Suraxanıdakı 2 saylı uşaq evində olublar

Geologiya İnstitutunun əməkdaşları Suraxanıdakı 2 saylı uşaq evində olublar
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun gənc əməkdaşları Suraxanıdakı 2 saylı uşaq evində görüş keçiriblər. İnstitutun mətbuat xidmətinin rəhbəri Səid Hüseynovun SİA-ya verdiyi xəbərə görə, tədbir institutun Gənc Alimlər Şurası və Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunub. Dövlətimizin uşaq evlərinə göstərdiyi diqqət və qayğıdan söhbət açan uşaq evinin rəhbəri uşaqların məşğuliyyəti, təhsili, idman yarışlarındakı iştirakı və uğurları haqqında ətraflı məlumat verib. Kimsəsiz uşaqlara qayğı göstərmək ənənəsinin ulu öndərimiz tərəfindən qoyulduğunu və bu gün də Heydır Əliyev Fondu tərəfindən davam etdirildiyini qeyd edib.

AMEA Geologiya İnstitutunun yaranma tarixi, elmi fəaliyyəti barəsində məlumat verən gənc geoloqlar müxtəlif hədiyyələrlə uşaqları sevindirib. Sonra uşaqlar Vətən haqqında şeirlər söyləyib, mahnılar ifa edib və milli rəqs nümunələrimizdən qısa parçalar nümayiş etdirbilər.

Bütün xəbərlər Facebook səhifəmizdə