Azərbaycan Milli Ensiklopediyasının A hərfinə aid birinci cildi 25 min nüsxə tirajla çap olunub. SİA-nın məlumatına görə, universal ensiklopediyanın ikinci cildi üzərində işlər yekunlaşaraq, nəşriyyata təhvil verilmişdir və cari ilin sonuna kimi işıq üzü görəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Ensiklopediyanın birinci cildi kitabxanalara, idarə və müəssisələrə pulsuz paylanacaqdır. Kitabın Almaniyada nəşrə hazırlanan 10 min nüsxəsi isə satış üçün nəzərdə tutulub.
Universal nəşrin A hərfi ilə başlayan birinci cildində 4 mindən artıq termin verilib və hər bir terminin elmi əsaslara söykənən izahı vardır.
Hər il Ensiklopediyanın iki cildinin nəşri nəzərdə tutulub. Hazırda Milli Ensiklopediya üzərində Elmi Mərkəzin 10 ayrı-ayrı redaksiyasının əməkdaşları çalışır. Respublikamızın yüksək ixtisaslı alim və ziyalıları da bu işə yaxından kömək edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB