Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü ilə həyata keçirilən “SəfirləSiz” layihəsi çərçivəsində gənclərlə görüşüb.
ATGTİ-in məlumatında deyilir ki, görüşdə Milli Məclisin deputatı, İttifaqın sədri Şahin İsmayılov səfirə təşkilatın fəaliyyəti barədə məlumat verib. Qurumun tələbələrə əlverişli təcrübə mühiti təqdim etdiyini deyən deputat ATGTİ-nin gənclər üçün yaratdığı imkanlardan danışıb. Səfir ATGTİ-nin gəclərlə iş sahəsində gördüyü işləri təqdirəlayiq hesab edib. Tələbələrin cəmiyyətin aparıcı qüvvələrindən olduğunu vurğulayan diplomat görüşün təşkilinə görə məmnunluğunu bildirib.
Tələbə-gənclərlə görüşdə türkiyəli diplomat qardaş Azərbaycan xalqının ən çətin məqamda Türkiyə ilə həmrəylik nümayiş etdirdiyini vurğulayıb. E.Özoral gənclər arasında elm və təhsil sahələrində həyata keçirilən layihələrdən, tələbə-gənclərin ictimai həyatda fəallıqlarından danışıb. O, tələbələrə təhsil aldıqları müddətdə vaxtı düzgün dəyərləndirməyi, özlərini peşəkar mütəxəssis kimi inkişaf etdirməyi tövsiyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB