Bu gündən etibarən qış mövsümünə keçidlə bağlı "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin nəzdində olan binaların istilik enerjisi ilə təmin olunmasına başlanılır. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu qış 346 qazanxana, 125 istilik məntəqəsi fasiləsiz işləyəçək.
Qazanxanalarda, magistral və məhəllədaxili istilik xətlərində aparılmış təmir-bərpa işləri mərkəzi istilik sisteminə qoşulan binaların 72 faizinin istiliklə təminatına imkan verəcək.
Eyni zamanda payız-qış mövsümündə "Azəristiliktəchizat" tərəfindən Bakı şəhərində 2300-ə yaxın yaşayış binası, 187 məktəb, 150 uşaq bağçası, 83 səhiyyə obyekti və 183 digər sosial obyektin istiliklə təmin olunması nəzərdə tutulur.
Qeyd edək ki, cari ildə 30 yeni istilik mənbəyi yaradılıb, 26 qazanxanaya yeni qaz xətti çəkilib və 233 yaşayış binası istliklə təchiz edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB