ABŞ Səfirliyi “Öz ölkəsinin sehrbazı”ni uşaqlara təqdim edib

ABŞ Səfirliyi “Öz ölkəsinin sehrbazı”ni uşaqlara təqdim edib

Bu gün Azərbaycan Dövlət Kukla Teatrında Abşeron rayonunun internat və kimsəsiz uşaq evlərindən olan bəzi uşaqlara Amerika ədəbiyyatının klassik əsəri olan "Öz ölkəsinin sehrbazı" kitabı təqdim edilib.

SİA-nın xəbərinə görə, kitab ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən təqdim edilib. Kitabdakı nağıllardan bir neçəsini uşaqlara Amerika səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq, həmçinin Azərbaycanın xalq artisti Faiq Ağayev oxuyublar.

Daha sonra həmin nağıllardan biri səhnələşdirilmiş formada uşaqlara təqdim olunub. Tədbir "Uşaqların xilası" beynəlxalq qeyri-hökumət təşkilatının da tərəfdaşlığı ilə həyata keçirilib. Kitabdan əlavə uşaqlara yeyinti məhsulları da paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə