Bakının mərkəzində binanın eyvanı uçuldu FOTO

Bakının mərkəzində binanın eyvanı uçuldu FOTO

Bakının mərkəzində binanın eyvanı uçulub. SİA-nın məlumatına görə, hadisə paytaxtın M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanındakı binada baş verib.

Belə ki, binanın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birinin eyvanı uçulub, eyvan yararsız vəziyyətə düşüb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyərək, həmin ünvandakı qəza ilə bağlı məlumat daxil olduğu bildirilib. Qəzanın səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə