DSX Dini Qurumlar İş üzrə Dövlət Komitəsi ilə birgə tədbir keçirib FOTOLAR
Dövlət Sərhəd Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq may ayının 15-də Göytəpə Sərhəd Dəstəsinin qarnizonunda “Dini radikalizm və ekstremizmə qarşı mübarizə: mənəvi və hüquqi müstəvidə” mövzusunda seminar keçirilib. SİA-ya Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun iştirakı ilə keçirilən seminarda dini radikalizmin törətdiyi fəsadlar geniş izah olunub, bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətləri, vətəndaşlarımızı xarici dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdləri qətiyyətlə pislənib və bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən görülən tədbirlər haqqında ətraflı məlumat verilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları, respublikamızın tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyi xüsusi qeyd olunub.
Seminarda dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruriliyi vurğulanıb.
Tədbirin sonunda dini radikalizmin törətdiyi fəsadlara həsr edilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB