Tarixin gedişatını dəyişdirən döyüşlər - TARİX

Tarix boyu minlərlə döyüş baş verib. Qısa və ya uzunmüddətli olmasından asılı olmayaraq onların bəziləri tarix üçün həlledici rol oynayıb. Nəticələri milyonlarla insanın və dövlətlərin gələcəyini istiqamətləndirən döyüşlər tarixə unudulmaz döyüşlər olaraq yazılıb.

 

Truva döyüşü, Türkiyə

 

Əfsanə də olsa, tarixi bir gerçək də olsa Truva şəhərinin tarixi 2 min illə ifadə olunur. Adı Truva döyüşü ilə səslənən qədim şəhərin qalıqları Yunanıstan, Roma və hətta Böyük İskəndərin də aralarında olduğu bir çox hökmdar və sivilizasiya görüb. Əgər Truva döyüşü haqqında deyilənlər həqiqətdirsə yunanlıların Truva sivilizasiyasını yox etməsi tarixin gedişatında çox böyük rol oynayıb. Turistlər bu zəngin qalıqlar arasında bir əfsanənin canlılığını hiss edə bilər.

 

Karfagen döyüşü, Tunis

 

Roma imperatorluğundan qalan tarixi abidələr hər il milyonlarla turist çəlb edir. Ancaq bir zamanlar bütün Ağ dənizə hakim məhz Karfagen dövləti idi. Antik dövrlərin iki super gücü olan Roma imperatorluğu və Karfagen əsrlər boyunca bir-biri üzərində üstünlüyü təmin etmık üçün mübarizə aparıb. Nəhayət üç il davam edən müharibədən sonra Roma imperiyası eramızdan əvvəl 146-cı ildə Karfageni dağıdıb. Əgər qələbəni Şimali Afrikanın o zamankı ən böyük şəhərini təmsil edən sivilizasiya qazanmış olsaydı bu gün dünya çox fərqli bir yer ola bilərdi. Bu gün Karfagendən qalan xarabalar fövqəladə gözəllikdəki bir təbii limanın üzərindən turistləri salamlayır.

 

Hastinqs döyüşü, İngiltərə

 

1066-cı ildə baş verən Hastings döyüşü İngiltərənin gələcək əsrlər boyu Avropanın böyük gücü olmasını təmin edib. 14 Oktyabr 1066-cı ildə Normandiya kralı Vilyam İngiltərə kralı Harold Qudvinsonla qarşı-qarşıya gəlib. Kral Harold döyüşdə öldürülüb. Fateh adını alan Vilyam qısa zaman ərzində bütün İngiltərəni fəth etdi və ölkəni sonsuza qədər dəyişdirib. Bu gün döyüş meydanında olan muzey döyüşün nə qədər şiddətli olduğu haqqında kifayət qədər maddi qalıqlara sahibdir.

 

Yorktovn döyüşü, ABŞ

 

Yorktovn döyüşü 1781-ci ildə baş verib. ABŞ Müstəqillik Müharibəsinin ən son qarşıdurmasına şahidlik edən Yorktovnda Corc Vaşinqton İngilis qüvvələrinə rəhbərlik edən Lord Kornvallisini mühasirəyə alıb. Məğlubiyyətə uğrayan ingilislər 13 ştatı təmsil edən ABŞ-ın müqavimətinə boyun əyib. Bu döyüş nəticəsində imzalanan Paris anlaşması ilə dünyanın yeni super gücü mövqeyinə yüksələcək ABŞ-ın müstəqilliyi elan edilib. Bu gün Kolonial Milli Parkının bir parçası olan Yorktovn döyüş meydanı turistlərin böyük marağını çəkir.

 

Bastilya döyüşü, Fransa

 

Azadlığın ilk səsləri Avropada 14 İyul 1789-cu ildə Fransada eşidilib. O gün Bastilya qalası xalq tərəfindən ələ keçirilib. Azadlığa çıxan minlərlə məhkum bir anda Paris küçələrini doldurub. Bastilyada baş verən dramatik hadisələr bütün dünyaya təsir edib. Fransadakı monarxiyanın yıxılmasından sonra Napoleon Bonapardın güc qazanması ilə Avropadakı monarx rejimlərə qarşı mübarizə başlayıb. Bu gün Bastilyadan demək olar ki, heç bir şey qalmayıb. Ən son qalıqlar Parisin mərkəzindəki kiçik bir parkda saxlanılır.

 

Vaterloo döyüşü, Belçika

 

Napoleon Bonapard tarixdəki ən müvəffəqiyyətli generallardan biri olaraq qəbul edilir. O, ordusu ilə Orta və Cənub Avropanın böyük bir hissəsini ələ keçirə bilib. 1814-cü ildə uduzan və sürgünə göndərilən Napoleon bir il sonra qaçaraq Vaterlooda son döyüşünə girib. Napoleon ehtiyat qüvvələrinin döyüş meydanına gecikməsi ilə Lord Vellingtonun koalisiya ordusuna qarşı müqavimət göstərə bilməyərək məğlub olub və bir daha döyüş meydanlarında görünməyib. Döyüşün baş verdiyi ərazidə çoxlu sayda muzey və maddi sübut var.

 

Gettisburq döyüşü, ABŞ

 

ABŞ Vətəndaş Müharibəsininin ən qanlı və müharibənin taleyini müəyyən edən Gettisburg döyüşü 1863-cü il 1-3 İyul tarixlərində Pensilvaniya ştatında olub. Konfederasiyanın ən məşhur generalı Robert Edvard ayaqları çılpaq əsgərlərə ayaqqabı tapmaq üçün Gettisburg qəsəbəsinə göndərdiyi əsgərlər şimal birliklərinin generalı Corc Meadenin ordusu ilə qarşılaşır. 200 minə yaxın əsgərin üç gün davam edən qarşıdurmasında 50 mindən çox əsgər ölüb. Konfederasiya ağır itkilərlə geri çəkilərək müstəqillik ümidlərini də döyüş meydanında qoymalı olub.

 

Çanaqqala, Türkiyə

 

Çanaqqala döyüşü, I Dünya Müharibəsidə 1915-1916-ci illər arasında Osmanlı imperiyası ilə Antanta arasında aparılan dəniz və quru müharibələridir. Birinci Dünya Müharibəsində Antanta Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazlar üzərində nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı bir əkinçilik və hərbi ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazına giriblər. Avropa cəbhələrindəki hadisələr, İngiltərə və Fransanı müttəfiqləri Rusiyanı dəstəkləməyə məcbur edib. Fransa və İngiltərənin bu dəstəyi təmin etməsi üçün isə dörd yol var idi. Şimal nəqliyyat xəttlərindən ikisi keçilməz idi. Şimal dənizi ilin çox böyük hissəsində donmuş olduğundan dəniz nəqliyyatına imkan vermirdi, Baltik dənizi isə Almaniya donanmasının nəzarətində idi. Orta nəqliyyat yolu olan Avropa quru yolu da almanların nəzarəti altında idi. Dördüncü yol isə Osmanlı dövlətinin nəzarətində olan Çanaqqala və İstanbul boğazlarından keçən dəniz yolu idi. Avropalılar zəif hesab etdikləri Osmanlını boğazlardan bir hücumla qovacaqlarını düşünürdülər. Bu zaman Rusiyanın dəstəklənməsi mümkün olacaqdı, həm də Osmanlının məğlubiyyəti ilə Almaniya bir müttəfiqini itirmiş olacaqdı. Qələbə çalacaqları təqdirdə Osmanlının idarəsində olan Süveyş kanalı, İngiltərənin Uzaq Şərq nəqliyyat yolunu təmin etmiş olacaqdı. Çanaqqala döyüşü Antantanın aldığı ən böyük məğlubiyyətlərdən biri oldu. Çanaqqala döyüşündə türklərin rəsmi şəkildə açıqlanan itkisi ən azı 113 min nəfər olub. Döyüşdə ümumi itkinin isə 500 minə yaxın olduğu deyilir.

 

Pörl Harbor, ABŞ

 

Yaponiya imperiyasının silahlı qüvvələri Havay adaları qrupuna daxil olan Oahu adasında yerləşən ABŞ Sakit Okean Donanmasının Pörl-Harbor hərbi-dəniz bazasına 7 dekabr 1941-ci il tarixində gözlənilməz hücum həyata keçirib. Hücumun məqsədi ABŞ donanmasından gələn potensial təhlükəni aradan qaldırmaq və Yaponiya ordusuna bölgədə Böyük Britaniya və Niderlanda qarşı əməliyyatlarda fəaliyyət sərbəstliyi qazandırmaq idi. Əməliyyat yapon vitse-admiralı Tuiti Naqumonun rəhbərliyi altında, 6 aviadaşıyıcı gəmidən qalxan 353 təyyarə vasitəsilə iki ayrı dalğa şəklində həyata keçirilib. Növbəti gün 8 dekabr 1941-ci il tarixində ABŞ prezidenti Franklin Delano Ruzvelt ABŞ Konqresi və Senatının birgə iclasında çıxış edərək "tarixə rüsvayçılıq günü kimi düşəcək" 7 dekabr tarixindən Yaponiya və onun Avropadakı müttəfiqləri Almaniya və İtaliyaya müharibə elan edilməsini tələb edib. Konqresin müvafiq qərarı ilə ABŞ İkinci Dünya müharibəsinə qoşulub. Bu hücumdan sonra İkinci Dünya Müharibəsinin gedişatı Yaponiya üçün böyük ölçüdə dəyişib.

 

Stalinqrad döyüşü, Rusiya

 

İkinci Dünya Müharibəsinin ən qanlı döyüşlərindən biri olaraq qəbul edilən Stalingrad döyüşü Almaniyanın işğal planının iflasa uğramasında mühüm rol oynayıb. 1942-ci ilin iyul ayından 1943-cü ilin fevralına qədər davam edən şiddətli döyüşdə üstün gələn ruslar mühasirədən çıxaraq alman ordusunu mühasirəyə alıb. Bu gün Volvoqrad adlandırılan Stalinqraddakı döyüşdən sonra almanların Berlinə qədər davam edəcək geri çəkilməsi başlamış olub. Normandiya döyüşü, Fransa 6 İyun 1944-cü il "Operation Overlord" gecə hava əməliyyatı ilə başlayıb. Günün ilk işıqları ilə on minlərlə müttəfiq əsgəri işğal altındakı Fransanın sahilindəki Normandiya vilayətinə çıxıb. Tamamilə hazırlıqsız yaxalanan almanlar müqavimət göstərə bilsə də, günün sonunda Avropanın nasist işğalından xilas olması üçün ən böyük addım atılmışdı. Bu gün də həmin ərazidə döyüşün izlərini saxlayan çoxlu sayda maddi nümunələr və muzeylər mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə